Accessibility links

Türkmənistan prezidenti ürək xəstəliyindən vəfat etdi


21 il hakimiyyət başında olan Türkmənistan prezidenti Saparmurad Niyazov bu gün ürək xəstəliyindən vəfat edib. Dövlət mediasının bildirdiyinə görə, Niyazovun dəfni bazar günü keçiriləcək.

Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Kurbanqulu Berdimuxamedovun icra edəcəyi bildirilir. Yüksək vəzifəli rəsmilər isə yeni seçkilər və keçid prosesinin müzakirəsi məqsədi ilə gələn həftənin çərşənbə axşamı görüşəcəklər.

Birləşmiş Ştatların Türkmənistandakı səfiri öz bəyanatında bildirib ki, o, bu Mərkəzi Asiya dövlətinə gələcək liderin sülh və konstitusiya yolu ilə seçiləcəyinə ümid edir.

XS
SM
MD
LG