Accessibility links

Rusiya XİN Moskva-Tbilisi münasibətlərində tərəqqi görmür


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, son diplomatik səylərə baxmayaraq, Rusiya və Gürcüstan arasında gərginliyin aradan qaldırılmasında tərəqqi müşahidə olunmayıb.

Lavrov ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Gürcüstanın Cənubi Osetiya və Abaxaziyaya qarşı yeritdiyi siyasət onun sözlərilə “mənəviyyatsızlıqdır”. Rusiya xarici işlər naziri bu siyasəti yeritmək üçün Gürcüstanın özünə “xarici havadar” axtardığını deyib. Sergey Lavrov təfərrüatlara varmayıb.

Gürcüstan NATO ilə əlaqələrin möhkəmlənməsinə çalışır. Rusiya bunu onun maraqlarına zidd addım kimi qiymətləndirir.

XS
SM
MD
LG