ABŞ jurnalistləri müdafiə qrupu bu il İraqda 32 jurnalistin öldürüldüyünü deyib. Bu, İraqı 2006-cı ildə dünyada jurnalistlər üçün ən təhlükəli yer adlandırmağa əsas verir.
Jurnalistləri Müdafiə komitəsinin məlumatına görə, İraqda öldürülən jurnaılistlərin çoxu yaraqlıların hədəfi olub.
Nyu-Yorkda yerləşən qrup bu ilki qurbanlar da əlavə olunduqda 2003-cü ilin Martında İraqda müharibə başlanandan bəri burada həlak olan jurnalistlərin sayını 92-yə çatır.
Müharibə başlanandan bəri İraqda həmçinin sürücü və tərcüməçi qismində mediaya texniki yardım göstərən 37 nəfər həlak olub. Jurnalistlər üçün ən ölümcül ölkələr siyahısında növbəti yerləri Əfqanıstan və Filippin tutur. 2006-cı ildə bu ölkələrin hər birində 3 jurnalist həlak olmuşdu.