Türkiyənin Baş Naziri Rəcəb Təyyüb Ərdoğan Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin Türkiyə ilə üzvlük danışıqlarının qismi olaraq dondurulması qərarını məhkum edib. O qərarın ədalətsiz olduğunu söyləyib. Nazirlər üzvlük danışıqlarının qismi olaraq dondurulması barədə dünən Brüsseldə qərar qəbul ediblər. Nazirlər Avropa Komissiyasının 35 sahədəki üzvlük danışıqlarının səqqizinin dayandırılması barədəki təklifini prinsip olaraq qəbul etdiklərini bildiriblər. Onlar söyləyiblər ki, Kiprin Türk hissəsi ilə birbaşa ticarət əlaqələri yaradılması barədə nihayi razılaşmaya beynəlxalq olaraq tanınmış Yunan Kipri manə olur. Türkiyə isə Yunan Kipri ilə normal ticarət əlaqələri yaratmaq üçün Avropa Birliyinin Türk tərəfinin təcridinə son qoymasını tələb edir. Türkiyə Avropa Birliyinə yeni üzv olan 10 ölkə ilə də keçən il gömrük birliyi müqaviləsi imzalasa da Yunan Kipriylə ticarət əlaqələrini normallaşdırmamışdı və üzvlük danışıqları buna görə qismən dondurulur.