Accessibility links

ABŞ Dnestryanı prezident seçkilərini sabitsizlik cəhdi kimi qiymətləndirir


ABŞ Moldovanın Dnestryanı regionunda keçirilən prezident seçkilərini ölkədə sabitsizliyə cəhd kimi qiymətləndirib. Dövlət Departamentinin sözçüsü Terri Deyvidson deyib ki, beynəlxalq ictimaiyyət nə bu seçkiləri, nə də sentyabr ayının 17-də keçirilən müstəqillik referendumunu tanıyır. Qeyd edək ki, dünən Dnestryanı rergionun seçki rəsmiləri İqor Smirnovun dördüncü dəfə vəzifəsinə seçildiyini elan etmişdi. Onların bildirdiyinə görə, Smirnov seçicilərin 80 faiz səsini toplamışdır. Rusiya yönümlü Smirnov 1990-cı illərdə müstəqillik iddiasından sonra regiona rəhbərlik edir.

XS
SM
MD
LG