Accessibility links

Əfqan yaraqlıları iki pakistanlı jurnalisti oğurlayıb


Əfganıstandakı Taliban yaraqlıları bildiriblər ki, onlar müvaffiq sənədləri olmayan iki pakistanlı jurnalisti həbs ediblər. Yaraqlıların nümayəndəsi deyib ki, jurnalistlər sağdır və tezliklə azad olunacaqlar.

Pakistanlı jurnalistlər Səyid Səlim Şahzad və Qəmər Yusufzay ilə son dəfə bir həftə bundan əvvəl, onlar Əfganıstanın Qəndəhar vilayətində olarkən əlaqə saxlanılıb.

Xatırladaq ki, son aylar ərzində Əfganıstanın Pakistan ilə həmsərhəd vilayətlərində zorakilıqların sayı kəskin şəkildə artmışdır. NATO-nun rəhbərlik etdiyi hərbi qüvvələr Əfgan qoşunları ilə birlikdə, ABŞ-ın dəstəklədiyi Kabil hökümətinə qarşı müharibə aparan yaraqlı dəstələrini məhv etməyə çalışırlar.

XS
SM
MD
LG