Britaniya həkimlərinin bildirdiyinə görə, ağır şəkildə zəhərlənmiş sabiq Rusiya casusunun vəziyyəti korlanandan sonra o, reanimasiya şöbəsinə keçirilib. Həkimlər bildirir ki, Kremlin kəskin tənqidçisi olan sürgündə yaşayan Rusiya agenti Aleksandr Liltvinenkonun vəziyyəti ağır, lakin sabitdir. Kreml və Rusiyanın xarici kəşfiyyat xidməti bu işdə əli olduqlarını qəti şəkildə rədd ediblər. Həkimlər Moksvada jurnalist Anna Politkovskayanın qətlini araşdıran Litvinenekonun tallium metalı ilə zəhərləndiyini bildirirlər. Litvinenko Politkovksyanın qətlilə bağlı detalları ona çatdırmalı olan şəxslə keçən həftə Londonun bir barında suşi yedikdən sonra özünü pis hiss etmişdir.