Accessibility links

İran nüvə proqramını yardımsız da davam etdirəcəyini deyir


İran tələbə xəbərlər agentliyi ISNA-nın İranın nüvə proqramının rəhbəri Qulamreza Ağazadəyə istinadən yaydığı xəbərə görə, İran beynəlxalq yardımdan asılı olmayaraq nüvə reaktorlarının quraşdırılmasını davam etdirəcək.

Ağazadə bəzi ölkələrin İranın Beynəlxalq Atom Enerjisinə Nəzarət Agentliyinə yardım müraciətinin rədd edilməsinə tərəfdar olduğunu deyib.

Bu arada ABŞ dövlət katibinin müavini Nikolas Berns BMT-nin İranın nüvə sənayesini hədəfə alan sanksiyalarının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG