Accessibility links

Prezident Buş İraq siyasəti araşdırma qrupu ilə görüşüb


ABŞ prezidenti Corc Buş bu gün Ağ Evdə İraqla bağlı araşdırma qrupunun üzvləri ilə görüş keçirib. Qeyd edək ki, bu qrup konqres tərəfindən ABŞ-ın İraq siyasəti ilə bağlı tövsiyyələr vermək üçün təsis edilib. Qrupun həmsədriləri, keçmiş dövlət katibi, respublikaçı Ceyms Beyker və keçmiş konreqresmen, demokrat Li Hamiltondur. Ağ Evin sözçüsü bildirib ki, araşdırma qrupu tövsiyyələrini prezident Buş və konqresə ilin sonunda açaqlayacaq. Qeyd edək ki, Demokrat Partiyasının liderləri prezident Buşa qüvvələrin İraqdan çıxarılmasına vaxt qoymasını tələb edir. Konqres seçkiləri nəticəsində həm Senat, həm də Nümayəndələr Palatasında nəzarəti ələ alan demokratlar İraq siyasətində əsaslı dəyişiklik etmək niyyətində olduqlarını deyirlər.

XS
SM
MD
LG