Accessibility links

Iranlı dissident professor Sədrüləşrafi Rəfsəncaniyə qarşı ittihamların haqlı olduğunu deyir


Dünən İranın sabiq ali hökumət rəsmilərinə qarşı beynəlxalq mütsəvirdə ciddi ittihamlar irəli sürülüb. Bu ittihamlara əsasən iranın sabiq prezdienti, xarici işlər naziri və baqşa rəsmiləri 12 il bundan öncə Argentinada onlarla adamın ölümünə səsbəb olan dəhşətli terror aksiyasına rəhbərlik ediblər.

Argentinanın baş prokuroru Alberto Nisman 12 illik məhkəmə prosesindən və çox sayda şahidləri dindirdikdən sonra İnterpola müraciət edib. Müraciətdə bildirilir ki, 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə İsrail-Argentina birgə əməkdaşlıq forumunda bombanın partladılmasında İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsancani və İran hökumətinin digər rəsmiləri birbaşa iştirak ediblər.

Argentina prokuroru İnterpola müraciətində Ə.Rəfsancaninin və digər sabiq İran rəsmilərinin həbs edilməsini istəyib. Parisin Sorbon Universitetinin professoru Doktor Ziya Sədrüləşrafi Amerikanın səsinə müsahibəsində Argentina hüquq-mühafizə orqanlarının ittihamlarının haqlı olduğunu deyib.

Argentinada aparılan məhkəmə araşdırlmaları zamanı məlum olub ki, Buenos-Ayresin yəhudilərə məxsus «Ampa» binasında bombanın partladılması planını o vaxtkı İran hökuməti qurub, icraçı isə Livanın «Hizbullah» qruplaşmasının üzvü İbrahim Hüseyn Bərudur. Həmin partlayışda 85 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb. Bəs üzrələrində bu cür ittiham olan şəxsləri beynəlxalq ictimaiyyətin hansı növ sanksiyaları gözləyir: Dr. Sədrüləşrafinin dediyinə görə Rəfsənacaninin İran Azərbaycanın apardığı siyasət bu şəxsin nə vaxtsa başqa ittihamlarala da ədalət məhkəməsi qarşısına çıxarılmasına əsas verir.

XS
SM
MD
LG