Accessibility links

İran Azərbaycanına pəncərə proqramının həftəlik xəbərlər icmalı


İran və Azərbaycan narkotiklərlə birgə mübarizə haqqında

Iran narkotiklərlə mübarizə sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bunu cümə günü Azərbaycan daxili işlər naziri Ramil Usubovla görüşündə İranın Narkotiklərə qarşı Təbliğat Qərargahının baş katibi Fəda Hüseyn Mələki deyib. İRNA agentliyinin verdiyi xəbərə əsasən, Mələki bildirib ki, beynəlxalq narkotik qaçaqmalçıları yeni texnologiyalardan və üsullardan istifadə etdiyi üçün onlara qarşı birgə mübarizənin və qonşu ölkələrin əllərindəki informasiyanı bir-biri ilə bölüşməsi şərtdir.

Ramil Usubovsa öz növbəsində bildirib ki, onun İranda narkotiklərlə mübarizə istiqamətində göstərilən səylərdən, və bir çox İran vətəndaşının bu yolda həlak olmasından xəbəri var”. Azərbaycanlı nazir iki ölkənin sərhəd qoşunları arasında informasiya mübadiləsini təşkil etməyin vacibliyini vurğulayıb.

Xarici Əlqələr Şurası ABŞ-ın İran seçimlərini müzakirə edib

Bu arada bu həftə Vaşinqtonda Xarici Əlaqələr Şurasının keçirdiyi İranla bağlı müzakirələrdə də narkotiklər məsələsinə toxunulub. Vaşinqtonda ən nüfuzlu araşdırma mərkəzlərindən sayılan Xarici Əlaqələr Şurasının Yaxın ŞƏrq üzrə baş eksperti Rey Takey İranda 2 milyona qədər narkomanın olduğunu qeyd edib. İranda demokratikləşmə perspektivləri və ABŞ-ın bu istiqamətdə səyləri barədə sualına isə Rey Takey belə cavab verib:

“Uzun müddətli perspektiv barədə danışsaq, burada hansısa daxili transformasiya mümkündür. Amma mən nəyinsə xaricdən stimullaşdırıla biləcəyinə inanmıram. Xüsusilə də xarici yayımların bu ölkədə nəyinsə dəyişə biləcəyi ağlasığmazdır. Məsələn, Radio Fərdaya qulaq asan İranlıların “aha, İranda bütün bunlar səhv imiş” deyərək küçələrə çıxacağını gözləmək yanlış olardı. Mən buna inanmıram. Elə İran dissidentlərinin dəstəklənməsi də məncə uğurlu ideya deyil. Çünki İranda tam mənada əhalinin bütün təbəqələrini ehtiva edən bir müxalifət hərəkatı yoxdur.”

İran Azərbaycanlılarının Britaniya parlamentində müzakirə olunub

İsveçdəki Azəırbaycan Gəncləri Federasiyasının təmsilçiləri ötən həftə Britaniya parlamentində görüşlər keçirərək İran Azərbaycanında insane hüquqları ilə bağlı vəziyyətə dair məsləhətləşmələr keçiriblər. Federasiyadan Amerikanın səsinə verilən məlumata görə, görüşlər nəticəsində Böyük Britaniya parlamentində bu məsələyə işıq salınmasına dair razılığa gəlinib. Federasiya təmsilçiləri həmçinin İranda azərbaycanlıların vəziyyətinə dair həqiqətləri birbaşa təmaslar zamanı Britaniyanın tanınmış media nümayəndələrinə çatdırmışlar.

Görüşlər zamanı Federasiya nümayəndələri İranda qeyri-fars millətlərinə qarşı sistematik repressiyalardan, İran əhalisinin böyük bir hissəsini təşkil edən azərbaycanlıların ana dilində təhsil hüququndan məhrum olmasından danışmış, eləcə də dünya dövlətlərinin İranın nüvə proqramına olan marağının insane hüquqlarını arxa plana atmasından narahatlıqlarını dilə gətirmişlər.

İranın mütərəqqi qadınları daşqalaq cəzasına etiraz edir

Bu arada İranda daşqalaq cəzasının ləğv edilməsi uğrunda fəaliyyət göstərən Mütərəqqi Qadınlar Hərəkatı İranın məhkəmə sisteminin rəhbəri ayətulla Məhəmməd Haşimi Şahrudiyə və İslami Şura Məclisinin sədri Qulaməli Həddad Adilə açıq məktubla müraciət edib. Hərəkat həmçinin daşqalağın ləğvi üçnü imzatoprlama kampaniyasına başlayıb. Açıq məktubda 12 nəfər (10-u qadın, 2-si kişi) İran vətəndaşının daşqalaq ediləcəyi bildirlir və qeyd edilir ki, müasir dünyada daşqalaq hökmü son dərəcə qeyri-insani və vəhşi bir cəza növü olduğu üçün onu real həyatda tətbiq edən dövlət başçılarının özləri belə bu cür cəzanın mövcudluğunu utancla təkzib edirlər. Məktubda daşqalağın İranda rəsmi bir cəza növü olduğundan narahatçılıq ifadə olunub. Qeyd edək ki, hal hazırda İranda daşqalaq hökmünün yerinə yetirələcəyi günü gözləyən məhbuslar arasında iki azərbaycanlı qadın da var. Bir müddət öncə Beynəlxalq Amnistiya təşkilatı İranda bu cür edam üsuluna qarşı etirazını bildirmişdi.

Urmiyə gölü qurumaqdadır

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti ərazisində yerləşən, ölkənin ən iri gölü olan Urmiya gölünün əsas doqquz adasından beşi quruya birləşib. Qərbi Azərbaycan vilayətinin Ətraf Mühiti Mühafizə İdarəsinin rəisi Kiyumərs Kələntəri mediaya açıqlamasında deyib ki, buna səbəb göldə suyun səviyyəsinin azalmasıdır. Son 11 ildə gölün səviyyəsi 5 metr 27 santimetr azalıb. Bu proses sürətlə davam edir. Azalma nəticəsində suda şorluq dərəcəsi hər litr üçün 300 qram artıb. K.Kələntərli bildirib ki, Urmiya gölünün 570 min hektarlıq sahəsindən 100 mini hektarı quruyaraq tamamillə şoranlığa çevrilib və bu, gölü böyük bir böhranla üz-üzə qoyur. Beş adanın quruya birləşməsi isə bəzi nadir quşların və başqa heyvanların həyatına ciddi təhlükə yaradır. Qərbi Azərbaycan vilayətinin Ətraf Mühiti Mühafizə İdarəsinin rəisi açıqlamasında dövlətin məsələyə laqeyd münasibətindən də şikayətlənib.

XS
SM
MD
LG