Accessibility links

İsrail təyyarələri Livan üzərində uçuşları davam etdirir


İsrailin döyüş təyyarələri Hizbullahın Libvanın cənubundakı istehkamı üzərində aşağıdan uçuşlar həyata keçirib. Bu gün təyyarələr Beyrutun cənubundakı şəhəryanı bölgələrdə də görünüblər. İsrail uçuşların Suriyadan silah qaçaqmalçılığına nəzarət mahiyyəti daşıdığını bildirir. Livan hökuməti və BMT İsrailin bu əməlini təşkilatın vasitəçiliyi ilə əldə edilən atəşkəsin şərtlərinin pozulması kimi qiymətləndirir. Vaşinqtonda isə ABŞ dövlət katibi Kondolizza Rays deyib ki, Livanın baş naziri Fuad Siniora hökumətinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumat əldə edilib.

XS
SM
MD
LG