Accessibility links

Human Rights Watch Dik Çeyninin çıxışını pisləyib


İnsan hüquqları təşkilatı Human Raights Watch ABŞ-ın vitse-prezidenti Dik Çeynini işgəncə üsulllarından biri olan “suda boğma” metoduna bəraət qazandırmasını pisləyib. Təşkilat bildirib ki, onun dedikləri beynəlxalq qanunlar və müdafiə siyasətinə tamamilə ziddir.

Amnesti İnternational vitse-prezidentin sözlərini insan hüquqlarının pozulması kimi qiymətləndirib. Qeyd edək ki, Dik Çeyni radio müsahibəsi zamanı həyatların xilası məqsədi ilə edilirsə suda boğma metoduna necə yanaşdığı ilə bağlı sualı cavablandırarkən bununla tamamilə razı olduğunu deyib. ABŞ-ın vitse-prezidenti habelə deyib ki, biz işgəncə vermirik və bizim bu işlə heç bir əlaqəmiz yoxdur. Bu gün Ağ Evin sözçüsü vitse-prezidentin sualı suda boğulma ilə əlaqələndirmədiyini bildirib. ABŞ prezidenti Corc Buş isə deyib ki, Amerika işgəncə vermir və verməyəcək.

XS
SM
MD
LG