Pakistan polisinin bildirdiyinə görə, prezidentin iqamətgahının yaxınlığındakı partlayış da daxil edilməklə, İslamabadda bu ay terror hücumları ilə əlaəqdar üç nəfər həbs edilib. Pakistan polisi bu şəxsləri ən təhlükəli terroristlər adlandıraraq, onların İslamabadda raket hücumları və prezident Pərviz Müşərrəfin Ramalpindidəki hərbi iqamətgahı yaxınlığında hücumlar planlaşdırdıqlarını bildirib.
Həbs edilənlərdən birinin keçmiş hərbi generalın oğlu olduğu deyilir. Şübhəlilərin hər hansısa İslamçı yaraqlı qrupla əlaqəsi olduğu məlum deyil. Pakistan rəsmiləri bu insidentlə əlaqədar artıq səkkiz nəfərin həbs edildiyini bildiriblər. Polisin yüksək rütbəli zabiti Saykandar Həyat bildirib ki, Əl Qaidə ilə əlaqəsi olan terrorçulardan əldə edilən məlumat həbslərə əsas verib.
Qeyd edək ki, üç həftə bundan əvvəl də general Müşərrəfin iqamətgahına yaxın parkda partlayıcı bir qurğu işə salınmışdı. Bundan bir gün sonra isə polis İslamabaddakı parlament binası və prezidentin ofisi yaxınlığındakı küçədə mobil telefonlara calaşdırılmış, Pusiyada istehsal edilmiş tanklara qarşı 2 mərmi aşkar etmişdi.