Accessibility links

Gürcüstan lideri hərbi planları istisna edir


Gürcüstan prezidenti Mixail Saakaşvili separatçı Abxaziya cvə Cənubi Osetiya regionları ilə bağlı hərbi planların olduğunu istisna edib. Assoşieyted Press agentliyinə müsahibə verən cənab Saakaşvili deyib ki, o, Rusiyapərəst separatçıların regionda doğurduğu böhranı həll etmək üçün Rusiya ilə dialoq aparmağa üstünlük verir. Dünən Rusiya prezidenti Vladimir Putin Gürcüstanıın hərbi planlar cızdığını bildirərək bunların qan-qadaya səbəb olacağını bildirmişdi. Gürcsütanın xarici işlər naziri Putini Avropa liderlərini azdırmaq cəhdində günahlandırıb. Qeyd edək ki, Moskvada səfərdə olan ABŞ Dövlət katibi Kondoliza Rays Rusiya ilə Gürcsütan arasında yaranan böhranı Vladimir Putinlə müzakirə etməyi planlaşdırır.
XS
SM
MD
LG