Azərbaycanın müstəqilliyinin 15-ci ildönümünü bu gün, oktyabrın 18-i Amerikada yaşayan azərbaycanlılar da qeyd edirlər.
Nyu-Yorkun məşhur Manhetten məhəlləsində bu gün Azərbaycanın bayrağı Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı ilə birlikdə qaldırılıb. Bu mərasim artıq üçüncü dəfədir, Nyu-York şəhərinin meri Maykl Blumberqin qərarı ilə keçirilir. Merin qərarı amerikalıların Azərbaycanın müstəqilliyini tanıması, iki ölkə arasında xoşməramlı münasibətlərin tərənnümü kimi qiymətləndirilir.
İlk dəfə istiqlaliyyət günü münasibəti ilə belə tədbir 2004-cü ildə Amerikanın Azərbaycan cəmiyyətinin təşəbbüsü ilə tədbir keçirilmişdi. Builki mərasimin təşkilatçısı da Amerikadakı Azərbaycan Cəmiyyətidir. Qeyd edək ki, bu cəmiyyət ölkədə fəaliyyətdə olan Azərbaycan qeyri-hökumət təşkilatlarının ən yaşlısıdır.
Tədbirdən geniş reportajı audio-formatda dinləyin