Accessibility links

Şri Lankada bomba hücumu onlarla insanın ölümünə səbəb olub


Şri Lanka rəsmilərini bildirdiyinə görə, Tamil Pələngi separatçı təşkilatının üzvü olduğundan şübhələnilən şəxsin kamikadze hücumu nəticəsində azı 67 nəfər ölüb, onlarla adam yaralanıb. Şri Lanka rəsmiləri deyirlər ki, intiharçı bomba yerləşdirilmiş maşını paytaxt Kolombodan 190 km məsafədə yerləşən Habaranada hərbi dəniz donanmasının maşın karvanı yaxınlığında partlatmışdır. Qeyd edək ki, bu bölgə dəniz qüvvələrinin tranzit xəttidir.

Rəsmilər bu hücumun məsuliyyətini dərhal bundan əvvəl də belə hücumlar həyata keçirən Tamil Pələngi üsyançılarının üzərinə atıb. Lakin üsyançıların rəhbərliyi bu hücum haqda heç bir məlumat verməyiblər. Qeyd edək ki, hökumətlə üsyançılar sülh danışıqları məqsədi ilə bu ayın axırlarında İsveçrədə görüşməyi planlaşdırırlar.

Son iki il ərzində vaxtaşırı sülh danışqıları keçirilir. 2002-ci ildə əldə edilən atəşkəs razılığı hökumətlə üsyançılar arasındakı hücumları dayandıra bilməyib. Xatırladaq ki, 20 ildir davam edən vətəndaş müharibəsi 1983-cü ildən Tamil Pələngi qrupunun şimal bölgələrin müstəqilliyi tələbi ilə başlamışdır.

XS
SM
MD
LG