Accessibility links

Vaşinqtondan baxış: İranda Azəriləri təqib edirlər


ABŞ siyasətini şərh edən Vaşinqtondan baxış rubrikası

Son 15 il ərzində İran azərbaycanlıları ana dilində təhsil də daxil olmaqla, mədəniyyət və dil hüquqları uğrunda mübarizə aparırlar. İran konstitusiyasında ifadə azadlığı təminat altına alıb.

Azərbaycan siyasi məhbusların müdafiə cəmiyyətinin başçısı Faxtə Zamani deyir ki, həqiqətdə İran hökuməti məktəblərdə azərbaycan türkcəsində təhsili yasaqlayıb və Azərbaycanlı fəalların təqibini davam etdirir: "İran rejimi mədəniyyət və dil uğrunda mübarizə aparan, bir xalq kimi azarbaycanlıların ən adi və fundamental hüquqlara malik olduğunu deyən fəalları həbs edir. İnsan hüquqları fəalları, jurnalistlər və yazıçılar da gizli polisin qurbanlarına çevriliblər. Bu fəallar həbs edilir, müntəzəm şəkildə təqiblərə məruz qalır.”

Beynəlxalq insan hüquqları təşkilatı Amnesti İntenational təşkilatı bildirib ki, İran hökuməti sentyabr ayı-yeni tədris ilinin ilk gününü boykot etməyə çağıaran İran Azərbaycanı cəmiyyətinin 15 üzvünü həbs edib. Tutulanlar arasında Əsədullah Səlimi də var. O, boykota çağıran vərəqələrə malik olduğu üçün həbs edilmişdi. Həbs edilən digər fəallar arasında İskəndər Mirzai, Mehdi Vahidi, Əli Sadiq Beyrək də var. Məhəmməd Reza Əvəzpur kimi fəallar nəzarət altında ikən işkəncələrə məruz qalıblar.

İran azərbaycanlılarına qarşı ciddi təzyiqlər ötən may ayı müşahidə edilmişdi. İran dövlətinin gündəlik rəsmi orqanı olan qəzetdə azərbaycanlıları təhqir edən karikaturalar azərbaycanlıların kəksin etirazlarına səbəb olmuşdu. İranın şimal-qərb regionunda kütləvi nümayişlər təşkil edilmişdi.

Amnesti İnternational təşkilatı bildirib ki, səlahiyyətli nümayəndələr nümayişləri dağıtmaq üçün hərbi qüvvələrdən istifadə edib, yüzlərlə bəlkə də minlərlə nümayişi həbs edilmişdi. Onların əksəriyyəti azad edilsə də, bəziləri azadlıqdan məhrum və şallaq cəzasına məhkum edilmişdir.

Birləşmiş Ştaların Dövlət Departamentinin sözçüsü Julie Resaydın yazılı bəyanatda Birləşmiş Ştatların İran hökumətinin azərbaycanlılara qarşı təzyiqlərini qınadığını bildirib. Xanım Resaidın bildirdiyinə görə, Birləşmiş Ştatlar Tehran hökumətini bütün İran xalqlarının hüquqlarına hörmət etməyə, ifadə və toplaşma azadlığını tələb edənlərin azadlığa buraxılmasına çağırır.

Bu, Birləşmiş Ştatlar hökumətinin siyasətini izah edən Vaşinqtondan baxış rubrikası idi.

XS
SM
MD
LG