Yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, İranın nüvə proqramlarına dair Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnaməsi üzərində iş gələn həftə başlayacaq.
Bu gün dövlət katibinin müavini Nikolas Börns deyib ki, Tehran uranın zənqinləşdirilməsini dayandırmaqdan imtina etdiyinə görə Təhlükəsizlik Şurası sanksiyalar barədə qətnaməni qəbul etməli olacaq. Onun sözlərinə görə, indiki mərhələdə bir sual qalır, o da qəbul ediləcək sanksiyaların nə qədər sərt olmasıdır.
Cənab Börnsın bu bəyanatı Londonda Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın, İrana qarşı BMT-nin qeyri-hərbi sanksiyalarını müzakirə etdiyi zamana təsadüf edir. Xatırladaq ki, Birləşmiş Ştatlar və Britaniya Tehrana qarşı sanksiyaların tətbiq olunmasını, Rusiya və Çin isə danışıqların davam etdirilməsini dəstəkləyirlər.