Accessibility links

"Qadın hüquqlarının pozulmasına səbəb İslam yox, mollalardır"


İslam və qadın hüquqları - Bunlar arasında təzad varmı? Ekspertlərə görə, İslam və qadın haqqı yanlış yozumlar ucbatından baş-başa gəlir.

Azərbaycan müsəlmanların yaşadığı ölkədir. Hüquq müdafiəçilərinin sözlərinə görə, qadın haqlarının pozulması da bir çox hallarda İslami dəyərlərə istinad olunaraq baş verir.

Əlövsət Əliyev ölkənin cənub bölgələrində qadın hüquqları və Azərbaycanda ailə zorakılığının qarşısının alınması məqsədilə maarifləndirmə layihələrini həyata keçirmiş Miqrantlara hüquqi yardım mərkəzinin başçısıdır.

Teoloq Nəriman Qasımoğlunun fikrincə, Quran qadın hüquqlarına dair çox dəyərli informasiya daşıyır və gender bərabərsizliyi ilə bağlı problemlərin mollaların yanlış yozumlarından irəli gəldiyini deyir.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sözçüsü Hacı Akif Azərbaycanda ruhanilərin Quranın qadınlara verdiyi hüquqları kifayət qədər təlqin etmədiyi, yaxud yanlış stereotiplər yaratdığı fikri ilə razı deyil.

21-ci əsri yaşayan qonşu İran - İslam Respublikasıdır. Burada bu günə kimi qadınları daşa basma təcrübəsi mövcuddur. Lakin ən mütərəqqi ruhanilər belə bu ölkədə qadın haqlarının pozulması məsələsini prioritet kimi qəbul etmirlər.

İran rejiminə müxalifliyinə görə aylarla həbsdə olmuş höccətülislam Qədimiəzim qadın haqlarının pozulması barədə danışarkən əsas problem kimi emansipasiyanı göstərir.

Azərbaycanda bölgələr üzrə gender problemlərini öyrənən hüquq müdafiəçiləri qadın haqlarının pozulması hallarının bölgədə məscidlərin sayına düz mütənasib olduğunu da qeyd edir. Lakin teoloqlar kimi onlar da problemin məscidlərin sayında və İslamda yox, naşı mollalarda olduğu qənaətindədir.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG