Accessibility links

Kabildə intiharçının hücumu nəticəsində azı 12 nəfər həlak olub


Kabildə Daxili İşlər Nazirliyinin yaxınlığında bir intiharçının hücumu nəticəsində bir uşaq daxil olmaqla azı 12 nəfər həlak olub, 50 -yə yaxın insan isə müxtəlif bədən xəsarəti alıb. Bu əməliyyat 2001-ci ildə Taliban rejimi hakimiyyətdən devrildikdən bəri Kabildə baş verən ən şiddətli hücumdur. Hücum vaxtı Daxili İşlər Nazirliyinin sözçüsü Zemeri Bəşari nazirliyin binasında idi. O deyib ki, intiharçı Daxili işlər nazirinin yaxınlığındakı adamların arasına daxil olmaq istəyirdi. Lakin polis ona dayanmaq üçün əmr vermişdi. İntiharçı isə birdən birə bədənində gizlətdiyi bombanı partlatmışdır. Bunun nəticəsində qonşuluqdakı binalara və bir çox dükana zərər dəyib. Yerli polis məntəqəni dərhal əhatə etmiş və yaralıları xəstəxanaya aparmışdır. Bu cari ayda baş verən beşinci hücumdur. Hücum təhlükəsizlik qüvvələri ölkənin bütün məntəqlərində nəzarəti möhkəmləndirdiyi bir vaxta təsadüf edir. NATO-nun rəsmiləri isə bildirirlər ki, cari ildə onların nəzarəti altındakı bölgələrdə 56 intiharçı hücum baş verib. Bu ayın əvvəllərində NATO-nun hərbi qüvvələri yaraqlılara qarşı əməliyyatlarını artırıblar. Buna baxmayaraq yaraqlılar Əfqanıstanın cənub vilayətlərində geniş əməliyyatlar həyata keçirə bilirlər. Birləşmiş Ştatlar NATO-nun hərbi qüvvələrində xidmət göstərmək üçün 12- min əsgər göndərəcəyini bildirib.

XS
SM
MD
LG