Accessibility links

ABŞ İranda azərilərə qarşı təzyiqlərdən narahatdır


Amerikanın səsinin çərşənbə axşamı Dövlət Departamentinin brifinqində verdiyi suala cavab olaraq, Birləşmiş Ştatların xarici siyasət idarəsi İranda azərbaycanlıların və digər siyasi fəalların təqib olunması ilə bağlı narahatlığını bildirib.

Dövlət Departamentinin sözçüsü Körtis Kuper (Kurtis Cooper) Amerikanın səsinin Azərbaycan servisinə deyib: “Biz inanırıq ki, Azərilərin İran rejimi tərəfindən basqıya məruz qalması İranda azlıqlara, xüsusilə də öz haqlarını tələb etmək əzmində olan azlıqlara qarşı davam edən təqiblərin bir hissəsidir.

Azərilər 2006-cı ilin mayında da dinc nümayişlər zamanı döyülmüş, təzyiqə və həbsə məruz qalmışdılar.

İran məktəblərdə Azərbaycan dilini qadağan edib, Azəri fəalları təqib edir və Azəriləri öz mədəni və dil hüquqlarını tələb etdiklərinə görə həbsə atır.

Biz İran rejiminin ölkədə yaşayan azlıqlar, o cümlədən azərilər, kürdlər, bəhailər, etnik ərəblər və digərlərinə qarşı davam edən repressiyalarını pisləyirik.

Rejimin repressiyaları dini azlıqlara, tələbələrə, qadınlara, həmkarlar ittifaqları, jurnalistlər və alimlərə qarşı yönəlib.

Biz daim İran hökumətini bütün İran vətəndaşlatrının hüquqlarına hörmət etməyə, bəşəri söz və toplaşma azadlığı kimi ümumbəşəri hüquqlarını təkidlə tələb etdiklərinə görə həbs olunmuş şəxsləri azad etməyə çağırmışıq”.

XS
SM
MD
LG