BMT Baş Assambleyasının 61-ci illik sessiyası ABŞ prezidenti Corc Buş, BMT-nin baş katibi Kofi Annan və dünyanın digər rəhbərlərinin çıxışları ilə keçir. Bundan əlavə iclas zalı ətrafında toplantılar və ikitərəfli görüşlər təşkil edildi.
BMT-nin baş katibi Kofi Annan Baş Assambleyasının 61-ci iclasını dünyadakı vəziyyətin sərt analizi ilə başlamışdır. 10-iilik rəhbərliyini bitirmək üzrə olan cənab Annan yoxsulluq, xəstəliklər, müharibələr və terrorizm qorxusuna səhnə olan dünyanın bədbin şəklini təqdim etmişdir.
ABŞ prezidnti Corc Buş azadlığı məhdudlaşdıran ölkələrin insanlarına birbaşa müraciət etmişdir. Yaxın Şərq ölkələrinin müsəlmanlarına müraciət edərək, “təbliğat və məxfi nəzəriyyələr” adlandırdığı ideyalara məhəl qoymamağa çağırıb.
Prezident Əhmədinejad çıxışı zamanı İranın nüvə proqramlarını müzakirə edən BMT-nin Təhküsizlik Şurasını Birləşmiş Ştatların təsiri altına düşməkdə ittiham etmişdir.