Accessibility links

Əfqanıstan: Taliban hələ də sabitliyə təhlükədir


Birləşmiş Ştatlar və Əfqan rəsmiləri təsdiqləyirlər ki, Taliban döyüşçüləri hələ də Əfqanıstanda sabitliyə və əmin-amanlığa təhlükədir.

Birləşmiş Ştatlar sentyabrın 11-i hadisələrinin beşinci ildönümünü qeyd etdiyi vaxt, Əfqanıstanda təhlükəsizliyin qorunması yenidən gündəmə gəlib.

Xatırladaq ki, 2001-ci ildə Əfqanıstanda 11 sentyabr terror aktını törətmiş Əl Qaidənin rəhbəri Usama Ben ladenə arxa duran və ölkədə qapalı rejim yaratmış Taliban rejimi hakimiyyətdə idi. Bundan bir az sonra Birləşmiş Ştatlar Taliban rejiminin devrilməsinə kömək etdi və bundan sonra keçən dörd il ərzində Əfqanıstan yeni hökumət qurmaq istiqamətində inkişaf edib.

NBC televiziyasına verdiyi müsahibəsində vitse prezident Dik Çeyni Taliban rejiminin məhvinin, Əl Qaida terror şəbəkəsində qarışıqlığa səbəb olduğunu deyib.

“Əfqanıstanı müasir tarixin ən pis rejimi - ən dəhşətli diktaturası və qadınlara qarşı diskriminasiya rejimi olan Taliban idarə edirdi. Əfqanıstanın təlim düşərgələrində minlərlə Əl Qaida terroristi hazırlanırdı. İndi həmin təlim düşərgələri dağıdılıb.”

Lakin son aylarda Taliban yaraqlıları Əfqanıstanda yenidən görünməyə başlayıb.

Dövlət katibi Kondoliza Rays Talibanın yenidən mübarizə apardığına təəccüblənmədiyini, lakin NATO qüvvələrinin onları müvəffəqiyyətlə geri oturtduğunu deyib.

Qeyd edək ki, dünən NATO qüvvələri tərəfindən Qəndəhar vilayətində 94 Taliban döyüşçüsü qətlə yetirilib.

XS
SM
MD
LG