Accessibility links

Iraq şiələri muxtariyyətə can atırlar


İraq parlamenti ölkənin cənubunda muxtar region yaradılması haqda Şiələrin irəli sürdüyü təklifin müzakirəsini təxirə salıb. İraq rəsmiləri vaxtın dəyişilməsini Sünni siyasi partiyalarından güclü müqavimətlə izah edirlər. Belə ki, Sünnilər federalizmin ölkəni dağıdacağını iddia edirlər. Aparıcı şiə blokunun parlamentə təklif etdiyi qanun layihəsinə əsasən İraqın 3 federal dairəyə bölünməsi nəzərədə tutulur ki, bura şimalda Kürdüstan, cənubda Şiələrin muxtariyyət alması daxildir. İraqın Sünni azlığı ehtiyat edir ki, bu növ təkliflər ölkənin neft resurslarını Şiə və Kürdlərə bəxş etmuiş olar. Başqa xəbərdə isə İraq polisi mərkəzi Bağdadda baş verən bomba partlayışı nəticəsində 3 adamın öldüyünü bildirir.
XS
SM
MD
LG