Avropanın ali diplomatı və İranın nüvə məsələləri üzrə baş nümayəndəsi həmin ölkənin nüvə proqramı ilə bağlı danışıqlarda proqres əldə ediblər. Bu gün Vyanada çıxış edən Avropa birliyi xarici siyasətinin rəhbəri Haviyer Solana İranlı Əli Laricani ilə müzakirələrin məhsuldar keçdiyini söyləyib. Laricaninin dediyinə görə bir sıra anlaşılmazlıqlar aradan qaldırılıb. Qeyd edək ki, Birləşmiş Ştatlar uran zənginləşdirməsini dayandırmaqdan boyun qaçıran İrana qarşı sanksiyalar tətbiq edilməsinə çalışır.