Accessibility links

İraqda 14 zəvvarın meyiti tapılıb


İraq rəsmiləri bildirirlər ki, bu həftənin əvvələrində yaraqlılar Müqəddəs Kərbəla şəhərini ziyarət etməyə gələn 14 Cənubi Asiyalı zəvvarı öldürüblər.

Rəsmilər zəvvarların cəsədlərinin bu gün aşkara çıxarıldığını bildirirlər. Zəvvarları əli bağlı gülləliyiblər və bəzilərinə də işgəncələr veriblər. Zəvvarların əksəriyyəti Pakistanlı idi. Lakin onların arasında Hindistandan olan zəvvarlar da vardı.

Bu arada Bağdadın Naziriyyə məhələsində bomba partlayışı nəticəsində azı 3 nəfər həlak olub və 16 nəfər bədən xəsarəti alıb.

İraqın Baş Naziri Nuri Əl Maliki Müqəddəs Nəcəf şəhərində ayətullah Əli Sistani ilə təriqətlər arasındakı zorakılıqların qarşısını alma yollarını müzakirə edib. Cənab Əl Maliki görüşdən sonra müxbirlərə deyib ki, o tezliklə hökumətinin tərkibindəki 4 naziri dəyişəcək.

Bu arada Birləşmiş Ştatların rəsmiləri İraq hərbi qüvvələrinin komandanlığını İraqın rəsmilərinə təhvil vermək mərasimini bazar gününədək təxirə saldıqlarını deyib.

İraq rəsmiləri isə bildirilər ki, onlar Əbü Qraib həbsxanasının nəzarətini Birləşmiş Ştatların hərbi qüvvələrindən təhvil alıblar. Dünən Birləşmiş Ştatların Müdafiə Nazirliyi bildirib ki, İraqda təriqətlər arasındakı zorakılıqlar o həddə çatıb ki, artıq vətəndaş müharibəsi üçün zəmin var.

XS
SM
MD
LG