Accessibility links

Iran: Nüvə fəaliyyətini dayandırmayacağıq


İranın ali rəhbəri bildirib ki, BMT-nin tələblərinə baxmyaraq onun ölkəsi nüvə proqramını davam etdirəcək. Ayətulla Əli Xamenei deyir ki, İran nüvə fəaliyyini davam etdirməkdə qətidir. O, əlavə edib ki, Birləşmiş Ştatlar İranın atom silahları uğrunda çalışmadaığını bilərək yenə də İrana təzyiqlər tətbiq edir. BMT Təhlükəszilik Şurası İrana uran zənginləşdirməsini dayandırmaq üçün Avqust ayının sonuna qədər vaxt verib. Əks təqdirdə şura İranı sanksiyalarla hədələyir. Prezident Buş ümid etdiyini bildirib ki, Təhlükəsizlik Şurası İran tələblərə əməl etmədiyi halda lazımi tədbirlər görəcək. İran deyir ki, o, sabah Qərbin uran zənignləşdirməsini dayandırmaq təklifinə cavab verəcək. Lakin rəsmilər nüvə fəaliyyətini dayandırmaq fikrində olmadıqlarını bildirirlər.
XS
SM
MD
LG