Böyük Britaniyanın ən məşğul hava limanında ciddi anti-terror təhlükəsizlik tədbirləri ilə üzləşən şirkətlər bu gün uçuşlarının üçdə birini ləğv ediblər. Hitrou İnternational hava limanında əlavə təhlükəsizlik tədbirləri bu həftə terror təhlükəsi rejiminin élan edilməsi ilə bağlıdır.
Rəsmilər aeroportlarda yubanmaların və səbatsızlığın daha da artacağını qeyd edir. Aeroport menecerlərinin sözlərinə görə, sərnişinlərin və onların əl yükünün yenidən nəzərdən keçirilməsi prosedurları Hitrou sərnişinlərinin rahatlığını təmin etmək üçün dəyişdirilməlidir.
Britaniyanın daxili işlər naziri Con Reyd ölkədə terror aktlarının təşkili ilə bağlı yeni planların mümkünlüyünü qeyd edib.
Reyd son 1 ildə 4 iri terror aktının qarşısının alındığını bildirib.