Birləşmiş Ştatların prezidenti həftəlik radio çıxışında ABŞ təyyarələrinin təhlükəsizliyini təmin etmək üçün aviasiya rəsmilərinin Londona getdiyini bildirib. O, amerikalılardan bu günlərdə səbrli olmağı və dövlətə dəstək göstərmələrini xahiş edib.
Müxalifət Demokrat Partiyasının adından cavab verən senator Mark Prayor gəmi və təyyarələrlə ölkəyə gətirilən bütün yüklərin 100 % yoxlandığına zəmanət istəyib. Onun sözlərinə görə beynəlxalq terrorçuların bu qədər fəallaşmasına səbəb İraqda müharibənin pis idarə olunmasıdır.