Accessibility links

Fələstinlilər Tel Əvivdən gələn məktublara toxunan adamların xəstələndiyini deyir


Fələstin rəsmiləri baş nazir İsmayıl Haniyəyə ünvanlanmış məktuba toxunan 7 nəfərin xəstələnməsi ilə bağlı məsələni araşdırır. Onların verdiyi məlumata görə, Haniyənin İordan çayının qərb sahilindəki ofisinə gələn məktubları açan adamlar tibbi yardım alıb.

Məktubların üzərində Tel-Əviv poçt markalarının olduğu da bildirilir. Qeyd edək ki, Haniyə Qəzzada yaşayır və İsrail onun qərb sahilinə keçməsinə qadağa qoyub.

Bu arada Fələstin rəsmilərinin verdiyi məlumata görə, bazar günü İsrail Haniyənin başçılıq etdiyi Həmas qrupundan 2 rəsmini həbs edib. Onlardan biri parlamentin spikeri Əbdül Əziz Duaikdir ki, İsrail tərəfi onun terror qruplaşmasının lideri olduğunu iddia edir. Xatırladaq ki, Həmasın nizamnaməsi İsrailin dağılmasını məqsəd qoyur.

XS
SM
MD
LG