İraqdan alınan xəbərlədə deyilir ki, polis paltarı geymiş silahlı şəxslər 25 nəfəri girov götürüb. Girovlar arasında İraq-Amerika Ticarət palatasının rəhbəri və onun 11 işçisinin olduğu deyilir. Şahidlər həmin insanların 15 maşınla aparıldığını bildirirlər. Qeyd edək ki, bu kütləvi girov hadisəsi Bağdadda cərəyan edən hadisələrin axırıncısıdır. Son zamanlar insanlar polis və ya təhlükəszlik qüvvələri əsgərlərinin paltarında olan girovdarların qurbanı olur. Bu gün İraqda yaraqlıların hücumu səbəbi ilə 16 adamın həlak olduğu xəbər verilir. Mosulda kamikadze hücumu nəticəsində 4 iraq əsgəri öldürülüb.