Accessibility links

Bağdadda avtomobil nəqliyyatı hərəkətinin qadağa müddəti uzadılıb


Bu gün Bağdadda ABŞ hərbi qüvvələrinin yaraqlıların şəhərə axışdıqları barədə xəbərdarlıq verməsindən sonra şəhərdə avtomobil nəqliyyatının hərəkətinin bir həftəlik qadağa müddəti uzadılıb. Rəsmilərin dediyinə görə, 4 saat müddətinə artırılan bu qadağanın məqsədi maşına yerləşdirilmiş bomba hücumlarına mane olmaqdır. Lakin bütün bu ölçülərə baxmayaraq, bomba partlayışı səbəbi ilə bu gün paytaxtın sünnü məscidində 1 adam öldürülüb, digər ikisi isə xəsarət alıb. Bağdadın şimalında isə ABŞ qüvvələri tərəfindən iki yaraqlı qətlə yetirilib.
XS
SM
MD
LG