Accessibility links

Ayrılığın siyasi motivləri


Bugünkü qadın proqramının qəhrəmanları siyasi məhbus yolunu gözləyən qadınlardır

Bu gün məhkəmə hökmü ilə haqqında 7 il həbs cəzası kəsilən “Yeni Fikir” gənclər təşkilatının lideri Ruslan Bəşirlinin anası Zemfira xanım oğlunun günahsız həbs olunduğunu deyir. Ruslan ötən il avqustun 3-də həbsə alındıqdan sonra ürək infarktı keçirən Zemfira Bəşirli bu gün gözlənilmədən aldığı hökm xəbərindən şokdadır. O, oğlunun günahsız olduğunu, yalnız siyasi görüşlərinə görə həbsə atıldığını deyir.

Zemfira xanım seşdiyi siyasi yola görə oğlunu qınamaq fikrindən uzaqdır. 11 ay ərzində Zemfira xanım oğlu ilə görüşə bilməyib və Ruslana verilən işgəncələr barədə aldığı xəbərlər onu daha da sarsıdır. Ailəsinin təzyiqə məruz qaldığını deyən Zemfira xanımın gücü yaşadığı ölkədə qurulmuş sistemi qınamağa çatır.

Toyundan 3 gün əvvəl həbsə alınan Ruslan Bəşirlinin nişanlısı Vüsalə isə “onu nə qədər lazımdır gözləməyə hazıram” deyir: Gənc xanım taleyinə düşən bu ağır yükdən şikayət etmir. Onun şikayəti özünə və ailəsinə göstərilən mənəvi təzyiqdəndir.

Vüsalə üçün nümunə və təsəlli ola biləcək bir adam Rəna Sadəddinovadır. 1997-cı ildə, artıq məşhur “generalların işi” üzrə Murad Sadəddinova 15 il həbs cəzası kəsildikdən sonra onunla həbsxanada kəbin kəsdirən Rəna Sadəddinova həbsdə olanların yolunu gözləyən ana, bacı, xanım və nişanlılara möhkəm olmağı tövsiyyə edir. 1999-cu ildə, Muradın həbsindən 2 il sonra Rəna Sadəddinova mübarizəyə başlamağı qərar verir və 11 aylıq kampaniyadan sonra həyat yoldaşının əfvinə nail olur.

Vüsalə də Ruslanın azad olunması üçün əlindən gələni etməyə hazırdır. O da, Zemfira xanım da ədalətin bir gün bərpa olunacağına inanır, amma ümidləri gündən günə azalmaqdadır.

Tam reportajı audio faylda dinləyin

XS
SM
MD
LG