Accessibility links

Banqladeşdəki etiraz aksiyaları zamanı 2 nəfər ölüb, 100 nəfər yaralanıb


Banqladeşdə müxalifətin ölkənin əsas yollarını bağlaması ilə müşayiət olunan etiraz aksiyaları zamanı bir nümayişçi və bir polis nəfəri ölüb, yüzdən artıq adam yaralanıb. Şahidlərin sözlərinə görə, polis daş-kəsəklə silahlanmış müxalifətə rezin güllələrlə atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. 14 partiyanın birləşdiyi müxalifət alyansı hökuməti Yanvarda keçiriləcək əsas seçkilərdən öncə seçki qanunvericiliyində islahatlar aparmağa məcbur etmək üçün Banqladeşin bütün nəqliyyat şəbəkəsini iflic durumuna salan etiraz aksiyası keçirmək qərarını verib.
XS
SM
MD
LG