Accessibility links

BMT Baş  Məclisi  təşkilatın büdcəsinə məhdudiyyətləri ləğv edib


Birləşmiş Millətlər Təşkilatı onun büdcəsinə tətbiq edilən 950 milyard dollarlıq məhdudiyyəti aradan qaldırıb. BMT-ni ən çox maliyyə vəasiti ilə təmin edən ölkələrin etirazına baxmayaraq, Baş Assambleyanın üzvləri məhdudiyyətin qaldırılması barədə təklifi qəbul ediblər. ABŞ, Yaponiya, Kanada və Avstraliya bu qərara müxalif olduqlarını bildiriblər. BMT-nin ən iri donorları Birləşmiş Ştatlar və Avropa Birliyi ümid edirdilər ki, təşkilatın büdcəsinin məhdudlaşdırılması islahatlara yol aça bilər. Lakin BMT-yə üzv 192 ölkənin əksəriyyəti qərarı dəstəkləyiblər, Baş Assambleyanın eyni sesiyasında islahatlar barədə qərarların da gələn həftəyə qədər təxirə salınmasına səs verilib.
XS
SM
MD
LG