Accessibility links

Türkiyənin baş naziri İsrailin zorakı addımlarını anlamaqda çətinlik çəkir


Türkiyənin baş naziri İsraili oğurlanmış əsgərin əvəzinə Fələstin hökumətinin üzvlərini girov götürdüyünə görə pisləyib. Baş nazir Rəcəb Tayyib Ərdoğan İsrailin 8 Fələstinli nazir və 50-yə qədər parlament üzvünü niyə girov götürdüyünü anlamaqda çətinlik çəkdiyini deyib. Onun fikrincə çavuş Gilad Şalitin oğurlanmasına İsrailin reaksiyası qeyri adekvat olub.

Ərdoğan böhrana son qoymaq üçün lazımi tədbirləri bu gün ABŞ prezidenti Corc Buşla telefon söhbətində müzakirə edib. Bu arada Ağ Evdən bildirildiyinə görə, Prezident Buş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla 30 dəqiqəlik telefon söhbətində deyib ki, böhrana son qoymağın yeganə yolu qaçırılan İsrail əsgərinin buraxılmasıdır.

XS
SM
MD
LG