Accessibility links

Ukrayna parlamentində böhran davam edir


Ukrayna parlamentindəki Qərb-yönümlü koalisiya dalana dirənmiş yeni hökumətin təşkili məsələsini həll etmək üçün müxalifətdəki Rusiyapərəst Regionlar partiyasını danışıqlara dəvət etmək fikrindədir. Keçmiş Baş Nazir Yulia Timoşenko bloku, prezident Viktor Yuşşenkonun başçılıq etdiyi Bizim Ukrayna partiyası və Sosialist partiyasından təşkil edilmiş koalisiya rəsmiləri bildirirlər ki, müxalifət blokadadan əl çəkdiyi təqdirdə onunla danışığa başlaya bilərlər. Koalisiya rəsmlərdən biri deyib ki, onlar ultimatum qəbul etmirlər. Regionlar partiyası koalisiyanın bu çağırışına dərhal cavab verməyib. Lakin bildirib ki, bu çağırış əvvəlkilərə bənzəyir. Regionlar partiyası keçən çərşənbə axşamından bəri Parlametin sədri və Baş Nazirin təsdiqi prosedurunu blokadaya alıb. O, Baş Nazir və parlament sədrinə ayrı-ayrılıqda səs verməyi təkid edir və koalisyanın bu vəzifələrə birlikdə səs verilməsi təklifini rədd edir. Regionlar partiyasının lideri Viktor Yanukoviç deyir ki, mart ayında parlamentə keçirilən seçkilərdə onun partiyası digər partiyalardan daha çox səs əldə edib və hökuməti də o təşkil etməlidir.
XS
SM
MD
LG