Accessibility links

Vaşinqton Tehrandan iyunun 29-dək cavab gözləyir


Birləşmiş Ştatlar Tehrandan İranı nüvə proqramından əl çəkməyə təşviq edən təkliflər paketinə tezliklə cavab istəyib. ABŞ-nın Milli Təhlükəsizlik müşaviri Stiven Hadli bu gün deyib ki, Vaşinqton lider ölkələrin xarici işlər nazirlərinin Moskvada görüşəcəyi iyunun 29-dan öncə cavab almaq istəyir. İran xarici işlər naziri Mənuçöhr Mottəki ilə Cenevrədə danışıqlardan sonra BMT baş katibi Kofi Annan bu gün deyib ki, İran təklifləri ciddi şəkildə nəzərdən keçirir. İran prezidenti Mahmud Əhmədinecat isə Tehranın avqustun 22-dək cavab verəcəyini bildirib. Prezidentin Buş isə bu vaxtın cox gec olduğunu deyib
XS
SM
MD
LG