Danimarkanın baş naziri Anders Foqx Rasmusssen ona məktub yazıdıqlarına görə Türkiyənin 56 merinin ittihamlarla qarşılaşa biləcəyinə dair xəbərlərə görə narahatlığını ifadə edib. Türkiyənin cənub-şərq bölglərinin şəhərlərinin merləri cənab Rasmussenə Roj teleşirkətinin Danamarkadan fəaliyyətini davam etdirməsinə icazə verməsini istəyiblər. Türkiyə teleşirkətin bağlanması üçün Danmarkaya təzyiq göstərir. Rəsmi Ankara şirkətin fəaliyyəti qadağan olmuş PKK-nin ruporu olduğunu deyir. Merlərin PKK-ya yardım etmək ittihamları ilə qarşılaşa biləcəyi haqda məlumatlar verilir.