Accessibility links

Böyük Britaniyanın baş naziri İraqdadır


Britaniyanın baş naziri Toni Bleyer yeni milli birlik hökümətinə dəstək nümayiş etdirmək məqsədi ilə Bağdada səfər edib. Cənab Bleyerin sözlərinə qörə, yaraqlıların zorakılıqlara səbəb göstərdikləri məsələ aradan qötürülüb və İraqa yeni başlanğıc üçün şərait yaranıb. Baş nazir Bleyerin Bağdadın Yaşıl Zonasına gözlənilməz səfər edərək, İraqın yeni baş naziri Nuri Kəmal Əl-Maliki ilə danışıqlar aparıb. O deyib ki, İraq xalqı tərəfindən seçilmiş hökümətə malikdir. Baş nazir terrorizm və qan axıdılmasının yaratdığı çətinliklər, demokratiyanı boğmaq istəyənlərə cavab olaraq insanların yeni höküməti seçdiyini deyib. İraqın baş naziri Əl-Maliki deyib ki, zorakılıqlar hələ ki, vətəndaş müharibəsi törətməyib və qələcəkdə də törətməyəcək. Cənab Bleyer İraq qoşunlarının Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrindən ərazilərin nəzarətini ələ keçirmələri üçün nə qədər tez təlimlərdən keçiriləcəyi sualına ehtiyatla cavab verib. O, bunun cari ilin sonunadək baş verə biləcəyini deyib. Cənab Maliki isə bildirib ki, bu ilin axırına kimi iraqlılar zorakılıqlara ən çox səhnə olan Bağdad və Ənbar vilayətindən başqa bütün ərazilərə nəzarət edə bilərlər.
XS
SM
MD
LG