Accessibility links

Yaponiya rəsmiləri baş nazirin Konqresdə çıxışı barədə xəbəri təkzib ediblər


Yaponiyanın hökumət rəsmiləri baş nazir Juniçiro Koizuminin gələn ay Amerikaya səfəri zamanı Kongresdə çıxış etmək istədiyi barədə xəbəri təkzib ediblər. Amerikanın Səsinin müxbiri Stiv Herman Tokiyodan bildirir ki, Birləşmiş Ştatlar konqresmeni cənab Koizuminin Amerika qanunvericiləri qarşısında çıxış edəcəyi təqdirdə, Yaponiya müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş abidəni ziyarət etməyəcinə söz verməlidir.

Yaponiyanın baş naziri Juniçiro Koziuminin Yapon hərbçilərinin məzarlarına illik səfəri İkinci Dünya Müharibəsi zamanı Yaponiya ordusu tərəfindən zorakılıqlara məruz qalmış Çin və Cənubi Koreya ilə münasibətləri soyuqlatmışdı. Lakin indiyə qədər Birləşmiş Ştatlarla münasibətlərdə bu ziyarət müzakirə obyekti olmamışdı.

Aprel ayının 26-da Beynəlxalq Əlaqələr İcmacının başçısı, konqresmen Henri Hayd bu məsələ ilə əlaqədar Nümayəndələr Palatasının spikeri Denis Hastertə məkyub göndərib. Cənab Hayd məktubda yazıb ki, əgər cənab Koizumi Konqresin gələn ay keçirəcəyi sesiyasında çıxış etmək istəyirsə, o, söz verməlidir ki, bu il mübahisəli Yasukuni abidəsini ziyarət etməyəcək.

Yaponiyanın Asahi Şimbum qəzetinin yazdığına görə, İkinci Dünya Müharibəsinin veteranı cənab Hayd bu məktubda yazır ki, səfər zamanı Koizuminin abidəni ziyarəti müharibəni hələ də unutmayan amerikalıların xətrinə dəyə bilər. Lakin Yaponiyanın kabinet katibi Şinzo Abi bildirib ki, baş nazir Koizumi Birləşmiş Ştatlara səfəri zamanı Konqresdə çıxış etmək barədə müraciət etməyib. Abi deyib ki, cənab Koizuminin Konqresdə çıxış etmək barədə heç bir planı yoxdur və bunu etmək arzusu da yoxdur. O, Amerikada ziyarətə qarşı reaksiyadan təəccübləndiyini bildirərək, din azadlığına hörmət etməyin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG