İraqın baş naziri vəfizəsini icra edən Nuri Əl-Maliki yeni hökumətin yaxın zamanda təşkil ediləcəyinə ümid bəslədiyini bildirib. Cənab Maliki deyib ki, kabinetin sünnü, şiə və kürd bloklarının namizədliklərini irəli sürdükləri aparıcı nazirləri artıq müəyyən edilib. Lakin bu ümidlərlə yanaşı İraqda zorakılıqlar davam etməkdədir. Təhlükəszlik qüvvələri İraq İslam Partiyasının üzvü də daxil edilməklə, bu gün İraqda 4 adamın öldürüldüyünü bildirib. Bağdadın cənub bölgəsindəki Dəclə çayından 10 yaşlı oğlan uşağı da daxil edilməklə, 12 nəfərin cəsədi çıxarılıb.