Accessibility links

Macarıstanda seçicilər ikinci tura səs verirlər


Macarıstanda seçicilər parlament seçkilərinin ikinci turunda səs verirlər. Bir çox mütəxəssislər səsvermədə Sosialist Liberal qüvvələrin qalib gələcəyini güman edirlər. Əgər qələbə çalarsa baş nazir Ferenc Qyursanın Sosialist hökuməti Macarıstanda ikinci dəfə hakimiyyətə yenidən seçilmiş ilk siyasi qüvvə olacaq.

Cənab Qyurcsanın başlıca rəqibi sabiq baş nazir Viktor Orban sağ təmayüllü Fideş partiyasını təmsil edir. Səsvermənin birinci turunda sosialistlər və onların müttəfqiləri səslərin 50 faizini, mühafizəkar Mülki İttifaq Partiyası isə 42 faizini toplamışdı. Seçkilərin bugünkü raundu Macarıstan parlamentində mövcud 386 yerin yarısını dolduracaq.

XS
SM
MD
LG