Accessibility links

Misir prezidenti yalnız dini mənsubiyyəti nəzərdə tutduğunu bildirib


Misir prezidenti Hüsnü Mübarək İraq şiələrinin İrana daha loyal olması barədə söylədiklərindən doğan hiddəti azaltmaq niyyəti ilə bununla yalnız dini mənsubiyyəti nəzərədə tutduğunu bildirib. Dövlət qəzeti olan Axbar əl Yumda bu gün çap edilmiş müsahibədə cənab Mübarək İraqın suverenliyinə və vahidliyinə olan təhlükəni diqqətə çatdırmaq istədyini deyib.

Qeyd edək ki, ötən həftə Misir lideri İraqda artıq vətəndaş müharibəsinin başladığını söyləmiş və İraq şiələrini daha çox İrana loyal olmaqda günahlandırmışdı. Cənab Mübarəkin bu sözləri İraq liderləri arasında qəzəblə qarşılanmışdı.

XS
SM
MD
LG