Accessibility links

Alberto Gonzalez deyib ki, o, telefon danışıqlarına qulaq asma proqramının Amerikadaxili danışıqlara şamil edilməyəcəyini istisna etmir.


Birləşmiş Ştatların Baş Prokuroru Alberto Gonzalez deyib ki, o, telefon danışıqlarına qulaq asma proqramının Amerikadaxili danışıqlara şamil edilməyəcəyini istisna etmir. Cənab Qonzalez bu haqda bəyanatı bu gün Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin keçirdiyi dinləmədə verib. Panelin Demokrat üzvü baş prokuroun ifadəsini narahatedici adlandırıb. Amma Ədliyyə Departmanetinin sözçüsü sonradan bildirib ki, Qonzalezin ifadəsi o demək deyil ki, hökumət əslində Amerika daxili danışıqlara qulaq asır. Qeyd edək ki, MilliTəhlükəszilik Agentliyinə emailləri izləməyə və telefon danışıqlarına qulaq asmağa icazə verdiyinə görə prezident Buş kəskin tənqid atəşinə məruz qalıb. Qonzalez prezidentin göstərişinin Konstitutsiyaya uyğun gəldiyini söyləyib.

XS
SM
MD
LG