Accessibility links

ABŞ dövlət katibi Britaniyadadır


ABŞ dövlət katibi Kondoliza Rays və Britaniyanın xarici işlər naziri Cek Strounun Blakbörn şəhərindəki məhkətin ziyarəti 200-ə yaxın adamın iştirakı ilə müharibə əleyhinə nümayişlə müşaiyət olunub. Nümayişçilər anti-müharibə şüarları səsləndiriblər. ABŞ dövlət katibi xanım Rays insanların etiraz hüququna malik olduqlarını etiraf etmiş və demokratiyanın bundan ibarət olduğunu bildirmişdir. Qeyd edək ki, Kondoliza Raysın Cek Strounun vətəninə səfəri Britaniyanın xarici işlər nazirinin keçən il Raysın doğulduğu Alabamada olmasından sonra qərara alınmışdı. Xanım Raysın Blakbörn şəhərinə səfəri ətrafında yaranmış mübahisələr onun və Cek Strounun şəhər məcsidinə dəvətin geri götürülməsi ilə nəticələnmişdir.

XS
SM
MD
LG