Accessibility links

Rusiya prezidenti rəsmi səfərlə Çindədir


Rusiya prezidenti Vladimir Putin Çinlə enerji əməkdaşlığı və İranın nüvə proqramının dayandırılması ilə əlaqədar danışıqlar aparmaq məqsədi ilə rəsmi səfərlə Çindədir. Vladimir Putin Çin prezidenti Hu Jintao ilə görüşündən sonra, hər iki prezident ölkələrinin bir-birinin enerji sektorunu dəstəkləyəcəkləri barədə bəyənat veriblər.

Xarici işlər nazirliyinin sözçüsü Qin Qanq brifinq zamanı deyib ki, danışıqlarda yeni qaz və netf ixracı kəməri salınması da daxil edilməklə, ölkələr arasında enerji əməkdaşlığı məsələsi başlıca yer almışdı. Cənab Qin ikitərəfli razılıqda Çin üçün enerji məsələsinin ən vacib məsələ olduğunu deyib. O deyib ki, Rusiya Çinə dəfələrlə boru kəmərinin tikilişini dəstəkləyəcəyi barədə müraciət etmişdi.

Bir qədər sonra isə Rusiya rəsmiləri Çinə gedən təbii qaz kəmərinin inşasının ğələn il tamam olacağını bildiriblər. Bundan əvvəl Çin boru kəmərinin inşasının çox ləng getdiyindən gileylənirdi.

Qeyd edək ki, Rusiya Sibirdən Yaponiyaya və Çinə neft boru kəməri inşa edir. Cənab Putinin Çinə iki günlük rəsmi səfəri zamanı danışıqlarda Pekinlə Moskvanın İranın çıxılmaz vəziyyətdə olan nüvə məsələsi də əsas yer tutur.

XS
SM
MD
LG