ABŞ Dövlət Departamentinin dünən yaydığı, 196 ölkədə insan hüquqlarının vəziyyətinə həsr edilmiş illik hesabatda
Müxtəlif ölkələrdə soyqırım, diktatorluq, işkəncə, insan alveri və əsas insan hüquqlarının məhdudlaşdərılması qeyd olunur.
Dövlət Katibi hesabatı açıqlanması münasibətilə etdiyi çıxışında deyib ki, bir dövlətin öz vətəndaşlarıyla necə rəfdar etməsi onun qonşularla rəfdarının da güclü göstəricisidir. O deyib ki, hesabatın hökumətlərin, təşkilatların, mediyanın və əhalinin insan hüquqları məsələsinə daha çox diqqət yetirməsinə kömək edəcəyini deyir.
Hesabatda ən çox azsaylı xalqların insan hüquqlarının pozulduğuna işarə olunur və xüsusilə Çində Tibetlilər və Uygurlar, Suriyada Kürdlər, İsraildə Ərəblər və Rusiya da Qafqaz xalqlarınının bundan təsir gördüyü deyilir. Hesabatda Suriya və İranın Yaxın Şərqdə insan hüquqlarının ən geniş şəkildə pozulduğu ölkələr olduğu göstərilir
.Hesabatda Amerikada insan hüquqlarının vəziyyəti haqda məlumat olmasa da ABŞ rəsmiləri bu məsələnin açıq müzakirəsinə ABŞ-da da ehtiyac olduğunu qeyd edirlər. ABŞ xüsusiylə həbs olunmuş terrorçu şübhəliləriylə rəfdarla bağlı olaraq insan hüquqları təşkilatları tərəfindən təngid edilir.
Bu hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyətinə nə kimi qiymət verilib və həqiqət nə dərəcə də əks etdirilib. Söhbətimizin iştirakçıları İnsan Hüquqları və Qanunçuluğun Müdafiyəsi Bürosunun rəhbəri Səidə Qocamanlı və Milli Məclisin insan hüquqları üzrə daimi komissiyasının sədri Rəbiyət Aslanovadır.
Söhbətimizdə sizdə suallarınızla iştirak edə bilərsiniz. Studiyomuzun telefon nömrəsi Amerika kodundan sonra 202- 619-3861-dir.