Əl-Qaidənin sədr müavini Ayman Əl-Zəvahiri Məhəmməd peyğəmbəri terrorist kimi təsvir edən karikaturalara etirazını bilrib. Əl Cəzirə tele-kanalı ilə nümayiş etdirilən video kasetdə Əl-Zəvahiri karikaturaları təhqir kimi qiymətləndirərək, onların dərc edildiyi ölkələrə qarşı saksiyalar tətbiq edilməsinə çağırıb. O, Həması Fələstin muxtariyyəti ilə İsrail arasında sülh razılığını rədd etməyə səsləyib. Qeyd edək ki, bu, son 6 həftə ərzində Əl Zəvahirinin müraciəti ilə yayımlanan ikinci kasetdir.